Brestin “Dinamo” və “Belşina” komandalarının keçmiş hücumçusu, hazırda isə Kazan “Rubin”in şərəfini müdafiə edən Joel Fameye, təklif alacağı təqdirdə Rusiya vətəndaşlığını almağa hazır olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “bir çox legionerlər Rusiya Federasiyasının vətəndaşlığını almaq arzusunu bildirirlər. Sizə təklif gəlsə, razılaşarsınız?” sualını cavablandıran qanalı futbolçu: “...mənə Rusiya pasportu versələr, qəbul etməyə hazıram”-deyə bildirib.
Xatırladaq ki, Fameye 2016-2019-cu illərdə Brestdə çıxış edib və bu müddət ərzində o, 96 rəsmi oyun keçirib. Bu oyunlarda o, 32 qol vurub və 12 məhsuldar ötürmə verib.
Hücumçu “Dinamo”nun tərkibində Belarusun iki kubokunu və iki Superkubokunu qazanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB