"İki komandanın da özünəməxsus oyun üslubu var" - BAŞ MƏŞQÇİ BİLDİRİB

"İki komandanın da özünəməxsus oyun üslubu var" - BAŞ MƏŞQÇİ BİLDİRİB

"Eyni gücə malik iki komanda qarşılaşacaq. ilk matçda qazanılan 3:2 hesablı üstünlüyü qorumaq istəyirik". SİA xəbər verir ki, bu sözləri Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, hər iki komandanın özünəməxsus oyun üslubu var: "Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabahkı görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə