Mbappe “Real Madrid”ə keçə bilər

Mbappe “Real Madrid”ə keçə bilər

Kilian Mbappeyə klubu “Paris St-Germain” tərəfindən avqustun 1-ə qədər yeni müqavilə imzalamaq və ya klubu tərk etmək ultimatumu verildiyi bildirilir. SİA BBC Sport-a istinadən xəbər verir ki, şayiələr yayılır ki, 24 yaşlı fransalı hücumçu gələn mövsüm “PSJ”dəki müqaviləsi başa çatdıqdan sonra pulsuz transferlə “Real Madrid”ə qoşulmağa razılaşıb.

“Independent”in yaydığı digər bir məlumata görə də “Çelsi” və “Barselona” da Mbappeni transfer etmək istəyir. Mavilərin ortaq sahibi Todd Boehly Mbappeni istəyir, lakin “Barca” ilə rəqabət aparır.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə