Konfrans Liqası: "Fənərbağça" bu gün cavab oyununa çıxacaq

Konfrans Liqası: "Fənərbağça" bu gün cavab oyununa çıxacaq

Türkiyənin "Fənərbağça" klubu bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olacaq.

Kişineuda "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Fənərbağça" Türkiyəki ilk matçda rəqibini darmadağın edib - 5:0.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
1 avqust

21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə)
İlk oyun 0:5

Bütün xəbərlər Facebook səhifəmizdə