Mbappe daha bir kluba "yox" dedi!

Daha öncə "Əl Hilal"ın təklifini geri çevirən Kilian Mbappe daha bir kluba "yox" deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu dəfə "Barselona" klubu fransız hücumçudan rədd cavabı alıb. Kataloniya təmsilçisi Kilian üçün PSJ-yə Usman Dembele və Qavini təklif edib. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.

"Liverpul" klubu isə Mbappeni bir illik icarəyə götürməyi planlaşdırırdı.

Qeyd edək ki, PSJ klubu 2024-cü ilin yayında müqaviləsinin müddəti başa çatacaq Kilian Mbappeni satışa çıxarıb. Futbolçunun yeni klubunun "Real Madrid" olacağı gözlənilsə də, Mbappenin bu yay, yoxsa 2024-cü ilin yayında "Kral klubu"na keçəcəyi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня