Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etmək üçün boşuna cəhd edir.
SİA-nın əldə etdiyi məlumata görə, İtaliya klubu “Əl-Hilal”ın futbolçu üçün təklif etdiyi 140 milyon avrodan imtina edib.
Belə ki, “Napoli” bombardirinin satışından ən azı 200 milyon avro alacağını gözləyir.
Amma belə görünür ki, “Əl-Hilal” Osimheni almaq cəhdlərindən əl çəkməyəcək və tezliklə “Napoli”yə nigeriyalı üçün daha bir təkmil təklif edəcək.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə klubu artıq bir neçə səs-küylü transferlər həyata keçirib.
Belə ki, “Əl-Hilal” artıq “Napoli”dən Jorje Jezuşi, “Çelsi”dən Kalidu Koulibali, “Vulverhempton”dan Ruben Nevesi, “Zenit”dən Malkolmu, “Latsio”dan Sergey Milinkoviç-Saviçi öz sıralarına qatıb.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB