""Neftçi" keyfiyyət baxımından rəqibindən üstündür" - MÜTƏXƏSSİS BİLDİRDİ

""Neftçi" keyfiyyət baxımından rəqibindən üstündür" - MÜTƏXƏSSİS BİLDİRDİ

“Düşünürəm ki, “Neftçi” avqustun 3-də UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı rəqibindən üstün komandadır”. Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Ceyhun Sultanov deyib.

Onun sözlərinə görə, Azərbaycan komandasının “Jalezniçar”a qalib gələcəyinə ehtimal böyükdür: “Baxmayaraq ki, “Neftçi” hazırda tam toparlanmayıb. Lakin keyfiyyət baxımından “Neftçi” Bosniya Herseqovina klubundan üstün olduğu üçün mərhələni keçəcək. Həm “Neftçi”, həm də digər klublarımıza uğurlar arzu edirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə