"Çelsi" "Monako"nun müdafiəçisi Aksel Disasi ilə 45 milyon avro dəyərində müqavilə imzalayıb. SİA BBC Sport-a istinadən xəbər verir ki, Fransa millisinin üzvü, 25 yaşlı Disasi, Vesley Fofana zədələndikdən sonra “Çelsi”yə başqa bir sağ cinah müdafiəçisi olacaq. Fofana ön çarpaz bağ əməliyyatından sonra bir neçə aydır ki, sıradan çıxıb. Benoit Badiaşile də hazırda zədəlidir və Premyer Liqa mövsümü başlayana qədər formada olmayacaq.
Disasi 2020-ci ilin avqustunda “Stade de Reims”dən Liqa 1 klubuna qoşulduqdan sonra Monako üçün 118 oyun keçirib. O, ötən ilin noyabrında Dünya Kubokunda Tunisə uduzduqları oyunda tam beynəlxalq debüt edərək, Fransa yığmasında dörd oyun keçirib.
Bu, fransız hücumçu Nikolas Cekson və Kristofer Nkunkudan sonra "Çelsi"nin üçüncü yay transferi olacaq. “Brayton” ekvadorlu yarımmüdafiəçi Moises Kaisedo üçün “Çelsi”nin bir sıra təkliflərini rədd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB