Argentinalı futbolçu rusiyalı olmaq istəyir

Argentinalı futbolçu rusiyalı olmaq istəyir

“Orenburq”un argentinalı yarımmüdafiəçisi Lukas Vera Rusiya vətəndaşlığını almaq istəyini açıqlayıb.

SİA bu barədə “Match TV”-yə istinad edir.

Əcnəbi futbolçu bunun həm Rusiya millisində olmasına, həm də daha az vergi ödəməsinə kömək edəcəyini bildirib. “...Mənə bunu etməyi təklif etdilər və razılaşdım. Bu, mənim gələcəyim üçün elə də pis deyil” -deyə Vera bildirib.

Qeyd edək ki, iyulun 24-də Rusiya Premyer Liqası klubunun idman direktoru Dmitri Andreev Veranın Rusiya vətəndaşlığını almaq istədiyini bildirib. O, vurğulayıb ki, “Orenburq”un iş qrafiki çox olduğundan bu məsələni həll etməyə hələ vaxt yoxdur.

Yeri gəlmişkən, Vera 2022-ci ilin yayından “Orenburq”da çıxış edir. O, heç vaxt Argentina millisində oynamayıb. 2023/2024 mövsümünün iki Rusiya Premyer Liqası matçında argentinalı iki məhsuldar ötürmə edib.

Necə deyərlər, ayaqlarına… çöpdən dirək!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə