Cüdoçularımız EYOF-da daha bir medal qazandılar

Cüdoçularımız EYOF-da daha bir medal qazandılar

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) daha bir medal qazanıblar. SİA xəbər verir ki, yığma turnirin sonuncu günündə qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Finala vəsiqə əldə edən milli burada Türkiyə seçməsinı 2:4 məğlub olaraq gümüş medala sahib çıxıb.

Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları festivalı 3 qızıl, 2 gümüş və 4 bürünc medalla 1-ci yerdə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə