"Portu" "Barselona"nın futbolçusu Niko Qonzalesi transfer edib.
Qol.az Portuqaliya təmsilçisinin saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb. Bu transfer üçün klub 8,4 milyon avro ödəyib. 21 yaşlı oyunçuya 60 milyon avro qiymət qoyulub. "Barselona" futbolçunun gələcək satışından 40 faizini alacaq.
O, "Portu"da 16 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Qonzales "Barselona"nın heyətində 37 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB