“Barselona”nın yarımmüdafiəçisi Pedri PSJ-nin baş məşqçisi Luis Enrikenin maraq dairəsindədir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ispaniyalı mütəxəssis həmyerlisini parisliləri tərk edə biləcək Marko Verrattinin əvəzedicisi hesab edir.
Qeyd edək ki, Enrike Pedrini İspaniya millisindən tanıyır. Belə ki, yarımmüdafiəçi onun rəhbərliyi altında çıxış edib.
Mənbənin sözlərinə görə, Enrike PSJ rəhbərliyindən Pedriyə görə pul əsirgəməməyi xahiş edir.
Amma kataloniyalıların futbolçunu satmaq istəməməsi, ispaniyalının özünün də getmək istəməməsi vəziyyəti çətinləşdirir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB