"Turnir ərzində ən çətin şey bir ay eyni məkanda qalmaqdır" - Teymur Rəcəbov

"Turnir ərzində ən çətin şey bir ay eyni məkanda qalmaqdır" - Teymur Rəcəbov

"Yəqin ki turnir ərzində mənim üçün ən çətin şey bir ay eyni məkanda qalmaq olacaq. FİDE-nin qərarlarına əsasən, biz dörd deyil, həftədə yeddi gün iş qrafikinə keçirik. Lakin FİDE tərəfindən son qəbul edilən qaydalara etirazım yoxdu. Onlar məni çox məmnun edir. Ən əsası buradakı dostlarım, tanışlarım və ailəmlə bir arada olmaq mənim üçün məmnunedici amil olacaq". SİA xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

"Azarkeşlərin sayının çox olması çox xoş haldır. Xüsusilə də azyaşlı uşaqların mənə yaxınlaşıb şəkil çəkdirmək istəməsi və ya avtoqraf alması məni məmnun edir. Sevinirəm ki, bu qədər çox sevənlərim var"-, deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə