"Azərbaycanda şahmatın inkişafı Ulu Öndərin adı ilə bağlıdır" - Fərid Qayıbov

"Azərbaycanda şahmatın inkişafı Ulu Öndərin adı ilə bağlıdır" - Fərid Qayıbov

"Bildiyiniz kimi, Azərbaycanda bu il bir çox mötəbər yarışlar keçirilir. Eyni zamanda, bu 2023-cü il Ümummilli liderin 100 illiyinə həsr olunub". SİA xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında gənclər və idman naziri Fərid Qayıbov deyib.

"Şahmat idman növünün inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu yaxınlarda Azərbaycan Şahmat Federasiyasının təqdimatında filmə baxarkən bu, bir daha sübut olundu. Azərbaycanda dünya çempionları yetişir. Milli şahmatçılarımızın kifayət qədər nailiyyətləri var. Şahmatçılarımız nəinki Azərbaycan, hətta bütün dünyada tanınır. Təbii ki, bu cür yarışlar da şahmatın inkişafı üçün böyük rol oynayır. Mən inanıram ki, bu yarış da digərləri kimi çox yüksək səviyyədə təşkil olunacaq. Çünki bilirəm ki, Azərbaycan Şahmat Federasiyası yarışa necə hazırlaşır. Bütün idmançılara yarışlarda uğurlar arzulayıram"-, deyə nazir əlavə edib

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə