Qadın sablyaçılardan ibarət Azərbaycan yığması 1/4 finala yüksəlib

Qadın sablyaçılardan ibarət Azərbaycan yığması 1/4 finala yüksəlib

Qadın sablyaçılardan ibarət Azərbaycan millisi İtaliyanın Milan şəhərində start götürən qılıncoynatma üzrə dünya çempionatının komanda yarışlarında 1/4 finala yüksəlib. SİA xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovanın yer aldığı kollektiv 1/16 finalda Argetina yığmasını 45:33, növbəti raundda isə Almaniya seçməsini 45:32 hesabı ilə məğlub edib.

Azərbaycan millisi yarımfinala gedən yolda Cənubi Koreya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə