"Mançester Siti" Natan Ake ilə müqavilə müddətini uzatdı

"Mançester Siti" Natan Ake ilə müqavilə müddətini uzatdı

İngiltərənin "Mançester Siti" komandası futbolçusu Natan Ake ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.

Sosial şəbəkə hesabından təəssüratlarını bölüşən 28 yaşlı oyunçu bunları yazıb: "Bu böyük klubla müqaviləmi uzatmaqdan çox məmnunam. Burada inanılmaz 3 il keçirdim. Növbəti 4 ilin bizə nə gətirəcəyini görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, Natan Ake "Mançester Siti"yə 2020-ci ilin yayında İngiltərənin "Bornmut" klubundan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə