Rusiyalı tennisçi Çexiyada keçirilən yarışa buraxılmayıb

Rusiyalı tennisçi Çexiyada keçirilən yarışa buraxılmayıb

Çexiyanın hüquq-mühafizə orqanları WTA (Qadın Tennis Assosiasiyası) turnirində iştirak etmək üçün Praqaya gedən rusiyalı idmançının ölkəyə girişinin qarşısını alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Seznam Zpravı” portalı xəbər verir.

Bildirək ki, idmançının adı çəkilmir. Qeyd olunur ki, rusiyalı qadın cümə axşamı Praqanın Vatslav Havel hava limanında ölkəyə buraxılmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tennisçi artıq ölkəni tərk edib.

Praqada keçirilən WTA turnirinin direktoru Miroslav Malı jurnalistlərə açıqlamasında Rusiya və Belarusdan digər tennisçilərin yarışa gəlməyəcəyini bildirib. Məsələ bundadır ki, Çexiya hökuməti iyunun sonunda rusların ölkədəki turnirlərdə iştirakına qadağa qoyub. Çexiya Daxili İşlər Nazirliyinin rəhbəri Vit Rakuşanın sözlərinə görə, ölkə polisi bunu “ardıcıl olaraq praktikada tətbiq edir”.

RBC-nin məlumatına görə, Praqada keçiriləcək turnir üçün ərizədə rusiyalı Yevgeniya Rodina və belaruslu Aleksandra Sosnoviç olub. Turnirin saytında hazırda ərizələrdə Rusiya və Belarus idmançıları yoxdur.
Xatırladaq ki, ötən həftə rusiyalı tennisçi Vera Zvonareva da Varşavada keçirilən WTA turnirinə buraxəlmamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə