Türkiyə və İtaliya "Avro 2032"yə birlikdə ev sahibliyi etmək istəyir
Türkiyə “Avro-2032”yə ev sahibliyi etmək üçün öz namizədliyini İtaliya ilə birləşdirməyi xahiş edib. SİA BBC Sport-a istinadən xəbər verir ki, bu, Böyük Britaniya və İrlandiya Respublikasının 2028-ci ildə turnirə ev sahibliyi etmək şansını artırır.
İtaliya yalnız 2032-ci il turnirinə iddialı olduğu halda, Türkiyə həm Avro 2028, həm də 2032-ci illərə ev sahibliyi etmək üçün iddialı idi. Türkiyənin 2028-ci il üçün solo iddiası Böyük Britaniya və İrlandiya Respublikasının beş ölkə namizədinə rəqib olaraq qalır.
UEFA isə hər iki turnirin ev sahiblərini oktyabrın 10-da seçəcək.
İtaliya Futbol Federasiyası (FIGC) Türkiyə ilə birləşmə qərarının mürəkkəb və səmərəli məsləhətləşmə prosesindən sonra alındığını bildirib.
FIGC prezidenti Qabriele Qravina əlavə edib: "Biz qitə futbolunu inkişaf etdirməyi hədəfləyən tarixi dönüş nöqtəsi ilə üzləşirik. Futbol idmanla bağlı ehtirasları və emosiyaları bölüşmək üçün ideal bir körpü olmaq istəyir”.
Avropa futbolunun idarəedici orqanı həm Türkiyə, həm də İtaliya federasiyaları ilə işləyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə iyun ayında İstanbulun Atatürk Olimpiya Stadionunda "Mançester Siti" ilə "İnter" arasında Çempionlar Liqasının finalına ev sahibliyi edib, lakin bu ölkədə heç vaxt böyük beynəlxalq turnir olmayıb.
Hazırkı Avropa çempionu İtaliya 1968 və 1980-ci illərdə Avroya ev sahibliyi edib və Roma Stadio Olimpiko da Avro 2020-nin keçirilmə yeri kimi istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB