Əlcəzairli cinah oyunçu Riyad Mahrez 30 milyon funt-sterlinq qarşılığında Səudiyyə Ərəbistanının Pro Liqa təmsilçisi "Əl-Əhli"yə keçib. SİA BBC Sport-a istinadən xəbər verir ki, 32 yaşlı oyunçuya keçidi bağlamaq üçün "Mançester Siti"nin Yaponiya və Cənubi Koreyaya mövsümöncəsi səfərinə getməmək icazəsi verilmişdi.
O, 2018-ci ildə "Lester"dən 60 milyon funta "Mavilər"ə qoşulub.
Mahrez "Siti"nin üçqat qazandığı mövsümdə 47 oyunda 15 qol vurub.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB