Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.
Belə ki, Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbə ilə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB