“Araz-Naxçıvan” futbol klubunda yeni təyinatlar gerçəkləşib. SİA xəbər verir ki, Premyer Liqa təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, U-17 və U-19 komandalarının baş məşqçiləri müəyyənləşib.
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunublar.
Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB