"Liverpul" 30 iyulda "Lester Siti" və avqustun 2-də "Bavariya" ilə mövsümöncəsi iki matç üçün Sinqapura getməyə hazırlaşır. SİA BBC Sport-a istinadən xəbər verir ki, bir çox məşhur oyunçu bu yay Səudiyyənin Pro Liqasına qatılıb. "Liverpul"ın keçmiş hücumçusu Roberto Firmino və "Çelsi"nin qapıçısı Eduard Mendi "Əl-Əhli" ilə müqavilə imzalayıb. "Mançester Siti"nin cinah oyunçusu Riyad Mahrez də klubla 30 milyon funt-sterlinqlik müqavilə imzalayıb.
"Əl-İttihad" isə "Real Madrid"in keçmiş hücumçusu Kərim Benzema, "Çelsi"nin keçmiş yarımmüdafiəçisi N'Qolo Kante və "Seltik"dən portuqaliyalı hücumçu Cotanı transfer edib.
"Əl-Hilal" "Vulves"dən portuqaliyalı yarımmüdafiəçi Ruben Neves və "Çelsi"dən Seneqal müdafiəçisi Kalidou Koulibalini heyətinə cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB