İngiltərə millisinin futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. SİA xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi "Əl-İttifaq"ə keçib. Təcrübəli oyunçu hazırda Xorvatiyada komandanın düşərgəsindədir.
Qeyd edək ki, Cordan Henderson 2011-ci ildən "Liverpul"da çıxış edir. Komandanın kapitanı ötən mövsüm 43 matçda meydanda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB