Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin digər görüşləri keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da ilk oyununa çıxacaq.
Polşaya səfər edən Azərbaycan çempionu “Rakuv”un qonağı olacaq. Çenstoxovada “Miejski” stadionunda baş tutacaq qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrixin idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul
“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 3:2
Cəfərquliyev, 55 (avtoqol); Plaseski, 71; Kittel, 90+1 - Cica, 73; 75
Çenstoxova, “Miejski” stadionu. Baş hakim: Lukas Fandrix (İsveçrə)
"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çij, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski
Baş məşqçi: David Şvarqa
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB