"Rakov" - "Qarabağ" oyununda 2-ci qol - Yenilənir

"Rakov" - "Qarabağ" oyununda 2-ci qol - Yenilənir

"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi oyununa çıxır.

SİA Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi mərhələnin ilk matçı çərçivəsində Polşa "Rakov"unun qonağıdır. "Miejski Stadion Piłkarski"dəki görüş Bakı vaxtı ilə saat 22:15-də başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Əlavə edək ki, "Qarabağ" 2-ci raunda Polşa "Rakov"unu keçsə, 3-cü mərhələdə "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

26 iyul

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

22:15. "Rakov" (Polşa) - "Qarabağ" - 2:0 (İkinci hissə)

Qol: Elvin Cəfərquliyev, 56-avtoqol, Piaseçki, 71

Baş hakim: Lukas Fendrix (İsveçrə)

Miejski Stadion Piłkarski" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə