Basketbol üzrə U-16 millimiz Avropa çempionatının finalında

Basketbol üzrə U-16 millimiz Avropa çempionatının finalında

Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada 16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarımfinalda U-16 millimiz Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb.

Finalda millimizin rəqibi Kipr-Kosovo cütünün qalibi olacaq. Oyun iyulun 27-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə