"Sabah" RFS-ə qalib gəldi - Yenilənir

"Sabah" RFS-ə qalib gəldi - Yenilənir

"Sabah" bu gün Konfrans Liqasında debüt edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi tarixində ilk dəfə avrokubok oyununa çıxıb. Komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçı çərçivəsində Latviya RFS-nin qonağı olub. "Sabah" rəqibinə 2:0 hesabı iləqalib gəlib.

Beləliklə, "Sabah" avrokuboklardakı ilk oyununda qələbə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-ü keçiriləcək.

26 iyul

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

20:00. RFS (Latviya) - "Sabah" - 0:2

Qollar: Boyan Letiç, 22 (0:1), David Volkov, 56 (0:2)
Baş hakim: Yan Maxalek (Çexiya)
Sloka stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə