UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək “Rakuv” (Polşa) və “Qarabağ” (Ağdam) klublarının start heyətləri açıqlanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Polşada “Miejski” stadionunda keçirilən oyunda “Rakuv”un start heyətində Vladan Kovaçeviç, Stratos Svarnas, Zoran Arseniç, Boqdan Rakovitsan, Fran Tüdor, Ben Lederman, Cin Karlos, Yannis Papanikolau, Vladislav Koçergin, Martsin Tsebulya və Lukaş Zvolinski yer alıblar.
Ağdam təmsilçisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica çıxacaqlar.
Qeyd edək ki, “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB