Premyer Liqaya hazırlığını davam etdirən “Səbail” heyətini daha bir oyunçu ilə gücləndirib. SİA xəbər verir ki, qəsəbə təmsilçisi müdafiə xəttinə yeni futbolçu cəlb edib.
31 yaşlı bosniya və herseqovnalı Adi Mehremiçin bakılılara transferi artıq rəsmiləşib. O, yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Adi Mehremiç son mövsümü Türkiyə Superliqası təmsilçisi “İstanbulspor”da keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB