“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.

Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.

Hadudi karyerası ərzində ölkəsinin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə