UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha iki oyun keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Qazaxıstan "Astana"sını sınağa çəkib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyatda başlayan Emreli 80-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub.
Bu görüşlə eyni saatda start götürən digər qarşılaşmada isə Yunanıstan "Panatinaikos"u səfərdə Ukraynanın "Dnepr-1" komandasını 3:1 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
20:00. "Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə) - 2:2
Qollar: Matias Oyevusi, 48. Donatas Kazlauskas, 90+2 - Abdülkerim Bardakcı, 75. Halil Dervişoğlu, 78
Qırmızı vərəqə: Donatas Kazlauskas ("Jalgiris"), 90+2
20:00. HİK (Finlandiya) - "Molde" (Norveç) - 1:0
Qol: Topi Keskinyen, 25
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) - 4:0
Qollar: Bruno Petkoviç, 36. Luka İvanuşets, 41; 43; 56
22:00. "Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan) - 1-3
Qollar: Aleksandr Kapilenko, 90 - Andras Sporar, 10. Filip Dyuriçiç, 74. Fotis Yoannidis, 84.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB