"Düşünürəm ki, "Barselona"da müntəzəm oynaya bilərəm"

"Düşünürəm ki, "Barselona"da müntəzəm oynaya bilərəm"

“Barselona”nın yarımmüdafiəçisi Oriol Romeu qarşıdan gələn mövsümlə bağlı gözləntilərini bölüşüb.

SİA xəbər verir ki, “mavi qarnetlər” 31 yaşlı futbolçunu ötən həftə “Jirona”dan 3,4 milyon avroya alıb. Yarımmüdafiəçi “İnter Mayami”yə yollanan sabiq komanda kapitanı Serxio Busquetsi əvəzləmək variantlarından biri hesab olunur.

“...Mümkün qədər çox oyun vaxtı əldə etmək üçün mübarizə aparmaq niyyətindəyəm. Qarşıma qoyulacaq istənilən hədəfləri yerinə yetirməyə hazıram. Fikrimcə, indi fiziki və əqli cəhətdən optimal vəziyyətdəyəm və müntəzəm olaraq “Barselona” ilə meydana çıxa bilirəm”

Qeyd edək ki, bunu “Barca Universal” Romeunun dediklərinə istinadən bildirir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə