"Kəpəz" yoxlama oyununda qalib gəlib

"Kəpəz" yoxlama oyununda qalib gəlib

Növbəti mövsümə hazırlaşan "Kəpəz" bu gün növbəti yoxlama oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi "Səbail-2" ilə qarşılaşıb. Oyun "Kəpəz"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz"in heyətində Junior Martins dubl edib. Digər qolları isə Abdulayi Şuaybu və Ehtiram Şahverdiyev (pen.) vurub.

Qeyd edək ki, "Kəpəz" bu yay yoxlama oyunlarında "Araz-Naxçıvan"la heç-heçə edib, "Zirə"yə və "Səbail"ə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com