“Sabah”dan ayrılan Bəxtiyar Həsənalızadənin yeni klubu məlum olub. 30 yaşlı müdafiəçi “Kəpəz”ə keçib. SİA xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gəncə klubu futbolçu ilə bir illik müqavilə imzalayıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə daha əvvəl “Araz-Naxçıvan”la danışıqlar aparsa da, sonradan anlaşma əldə olunmayıb. Daha doğrusu, futbolçu Muxtar Respublika təmsilçisinin daha sərfəli maliyyə şərtləri olan təklifindən imtina edərək, “Kəpəz”ə keçməyi üstün tutub. Karyerası ərzində “Sumqayıt” və “Zirə”nin də formasını geyinmiş Həsənalızadə 2021-ci ildən “Sabah”da çıxış edib. O, Azərbaycan millisinin heyətində üç oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB