"Qalatasaray" 2 milyon dollarlıq transfer edib

"Qalatasaray" 2 milyon dollarlıq transfer edib

Vilfrid Zahanın "Kristal Pelas"la müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"la 3 illik müqavilə imzalayıb. SİA BBC Sport-a istinadən xəbər verir ki, Türkiyə klubu 30 yaşlı futbolçuya ilkin olaraq transfer qiyməti kimi 2,35 milyon avro və illik 4,35 milyon avro maaş verəcək.

“Pelas”ın hücumçusu klubda cəmi bir mövsüm keçirib. O, "qartallar"ın heyətində 458 oyun keçirib və keçən mövsüm 7 qol olmaqla 90 qol vurub.

Zaha 2013-cü ildə "Mançester Yunayted"ə qatılıb, lakin bir il sonra transfer əsasında “Pelas”a qayıdıb və bir neçə dəfə kapitan olub.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə