İngiltərə futbolunun "Bartman"ı 49 yaşında vəfat edib

İngiltərə futbolunun "Bartman"ı 49 yaşında vəfat edib

Ömrünün son illərində ABŞ-da məskunlaşan britaniyalı futbolçu Kris Bart-Uilyams 49 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, "Şeffild Uensdey" və "Nottingem Forest" kimi komandalar üçün əfsanə idi.

16 dəfə İngiltərə U21, bir dəfə İngiltərə B millisində çıxış edən futbolçu həm də məşqçi olub. Onun 1999-cu ildə "Leicester"ə qalibiyyət qolu "Nottingham Forestin" 2022-ci ilə qədər Premyer Liqada vurduğu son qolu kimi tarixə düşdü.

2006-cı ildə futboldan ayrıldıqdan sonra futbolçu ABŞ-a köçdü və burada ABŞ Qadın Milli Komandasını çalışdırdı. Keçən il o, ABŞ futbol akademiyasında işləyirdi. “Bartman” ləqəbli futbolçu karyerasına “Leyton Orient”də başlayıb. Onun istedadı diqqət çəkib və o, "Şeffild Uensdey" klubuna keçib. Sierra Leonedə anadan olan o, "Şeffild Uensdey"də 124 oyun keçirib və 16 qol vuraraq "Sauthempton"a qarşı het-trik edib. 1995-ci ildə 2,5 milyon funt-sterlinqə "Nottingem Forest"ə transfer olub. O, 200-dən çox matçda iştirak edib və 30 qol vurub. Daha sonra "Charlton" və "İpsviçdə" qısa müddət oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə