"Bu yarış atıcılıq idmanında dörd ildən bir keçirilir" - BAŞ KATİB BİLDİRDİ

"Bu yarış atıcılıq idmanında dörd ildən bir keçirilir" - BAŞ KATİB BİLDİRDİ

"Bu yarış atıcılıq idmanında 4 ildən bir keçirilir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasıyasının baş katibi Emin Cəfərov iyulun 25-də keçirilən mətbuat konfransında qeyd edib.

Baş katib bildirib ki, Atıcılıq üzrə Dünya çempionatı sonuncu dəfə Koreyada 2018-ci ildə keçirilib: "Məhz bu qədər zamandan sonra atıcılıq üzrə Dünya çempionatının keçirilməsini Azərbaycana həvalə ediblər. Bakıda keçirilməsi nəzərdə tutulan Dünya çempionatında 104 ölkə,1260 idmançı iştirak edəcək. Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının Dünya Çempionatı avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya çempionatında iştirak etmək üçün erməni əsilli idmançılarda qeydiyyatdan keçiblər. Lakin hələ ki, ilkin məlumatlar barədə heç bir informasiya verməyiblər".

Qeyd edək ki, dünya çempionatının maskotu açıqlanıb. Belə ki, 53-cü Dünya Çempionatının maskotu seçilmiş Targy- olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə "target"-"hədəf" sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır.

Seçilmiş maskot çempionat iştirakçılarını "Hədəfini vur!" şüarə ilə mübarizəyə və qələbəyə rühlandıracaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə