“Qarabağ”- “Rakov” matçının biletləri satışa çıxarılır

“Qarabağ”- “Rakov” matçının biletləri satışa çıxarılır

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Rakov” cavab matçının biletləri satışa çıxarılır. SİA xəbər verir ki, biletlər bu gün saat 14:00-dan satışa çıxarılacaq.

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 26-da Polşada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə