Azərbaycan millisi Avropa çempionatının yarımfinalında

Azərbaycan millisi Avropa çempionatının yarımfinalında

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin qrup oyunları yekunlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı sonuncu oyununda San Marino yığması qarşılaşıb və rəqibinə 96-47 hesabı ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yarımfinalda U-16 millimizin rəqibi, Kosovo - Andorra oyununun məğlubu olacaq. Oyun 26 iyul Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə