Cavid Hüseynov "Cəbrayıl"ı çalışdıracaq

Cavid Hüseynov "Cəbrayıl"ı çalışdıracaq

Son olaraq "Şamaxı"da çalışmış Cavid Hüseynovun yeni iş yeri bəlli olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, yeni mövsümdən 2-ci liqada mübarizə aparacaq "Cəbrayıl"ın baş məşqçisi təyin edilib.

Məlumatı klubun rəsmi Feysbuk səhifəsi paylaşıb. Onun köməkçisi isə "Şamaxı"da birlikdə çalışdığı Elhad Nəziri olub.

Qeyd edək ki, Cavid Hüseynov daha əvvəl də "Cəbrayıl"ı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə