Amerikalı Maykl Felpsin rekordu təzələndi

Amerikalı Maykl Felpsin rekordu təzələndi

Yaponiyanın Fukuoka şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında fransalı Leon Marşand 400 metr məsafəyə qarışıq üzmədə dünya rekordu qırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Su İdmanı Federasiyasının saytında xəbər verilib.

Qeyd edək ki, idmançı məsafəni dörd dəqiqə 2,50 saniyəyə qət edib.

Xatırladaq ki, bundan əvvəlki rekord 23 qat olimpiya çempionu, amerikalı Maykl Felpsə məxsus idi. Belə ki, o bu məsafəni 2008-ci ildə Pekin Oyunlarında dörd dəqiqə 03,84 saniyəyə qət etmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə