"Barselona" və "Yuventus" arasında bu gün Bakı vaxtı ilə saat 06:30-da keçirilməsi nəzərdə tutulan yoldaşlıq matçı təxirə salınıb.
SİA-nın əldə etdiyi məlumata görə, buna səbəb Kataloniya təmsilçisinin futbolçularından bir neçəsinin qastroenterit xəstəliyinə tutulması olub.
Qeyd edək ki, "Barselona" iyulun 27-də "Arsenal", iyulun 29-da "Real Madrid" və avqustun 1-də "Milan" komandaları ilə yoxlama matçı keçirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB