Azərbaycan millisi Avropa çempionatının finalında - FOTOLAR

Azərbaycan millisi Avropa çempionatının finalında - FOTOLAR

Azərbaycan millisi Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda yarımfinal oyununu keçirib. SİA xəbər verir ki, Gürcüstanla qarşılaşan yığmamız əzmkar qələbə qazanıb. Komanda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geridönüş edərək yekunda 74:72 hesabı ilə qalib gəlib.

Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici oyunda basketbolçularımızın rəqibi Andorra seçməsi olacaq.

Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə