Messi Amerikada ilk qələbəsini qazandı

Messi Amerikada ilk qələbəsini qazandı

Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) tərəfindən təşkil edilən 2023 Liqalar Kubokunda Lionel Messinin ilk dəfə qələbə qolunu vurduğu matçda "İnter Mayami" klubu Kruz Azul-u 2-1 hesabı ilə məğlub edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, argentinalı ulduz futbolçu Messinin ABŞ-dakı macərası qələbə ilə başlayıb. Turnirin qrup matçında ABŞ-ın “İnter Mayami” komandası 20 min tamaşaçı tutumuna malik DRV PNK Stadionunda Meksika təmsilçisi Kruz Azulun qonağı olub.

Messini canlı izləmək üçün Los Angeles Lakers-ın ulduz basketbolçusu LeBron James, tennis əfsanəsi Serena Williams, televiziya ulduzu Kim Kardashian qarşılaşmanın ilk yarısını tribunadan izləyib. "İnter Mayami" 44-cü dəqiqədə Robert Taylorun qolu ilə 1-0 hesabı ilə bağlanıb.

İkinci hissəyə daha çox hücumla başlayan Kruz Azul 65-ci dəqiqədə Karlos Antunanın toru silkələməsi ilə hesabı 1-1-ə çatdırıb. ABŞ təmsilçisi ilə ilk oyununda 54-cü dəqiqədə Benjamin Kremaşkini əvəzləyən 36 yaşlı Messi, oyuna daxil olduğu 2-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla komandasını meydandan 2:1 hesabına yüksəldib.

Matçdan sonra hisslərini dilə gətirən Messi, "Belə bir qələbə ilə başlamağı hədəfləyirdik və bunu azarkeşlərimizə göstərdik. Qarşılaşmanın sonuna qədər gözləməli olsaq belə, qələbə ilə başlamaq çox vacibdir. Buna görə çox xoşbəxtəm" ifadələrindən istifadə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə