"Fənərbaxça" və "Beşiktaş"ın rəqibləri bəlli oldu

"Fənərbaxça" və "Beşiktaş"ın rəqibləri bəlli oldu

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Beşiktaş” Albaniyanın “Tirana”, “Fənərbağça” isə Moldovanın “Zimbru” komandası ilə qarşılaşıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Futbol üzrə Avropanın 3 nömrəli turnirində klublar səviyyəsində mübarizə aparacaq Türkiye klublarının rəqiblərinin müəyyənləşəcəyi matçlar başa çatıb.

Gürcüstan təmsilçisi "Dinamo Batum" 1-ci təsnifat mərhələsinin cavab oyununda Albaniyanın "Tirana" komandasını qəbul edib və ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Tirana 28-ci dəqiqədə Luşkjanın, 78-ci dəqiqədə Deliunun vurduğu qollarla 2-0 önə keçib.

Meydan sahibləri 90-cı dəqiqədə Kapanadzeyə ümid bəsləsə də, qarşılaşmada 2:1 hesablı qələbə qazanan Tirana tura yüksəlib.

Moldovanın "Zimbru" komandası səfərdə 1:1 hesablı heç-heçə etdiyi San Marino klubu "La Fiorita"nı qəbul edib.

35-ci dəqiqədə Dedeçkonun vurduğu qolla meydanda 1-0 qalib gələn "Zimbru" ikinci təsnifat mərhələsinə adlayıb.

Bu nəticələrlə Tirana “Beşiktaş”ın, Zimbru isə “Fənərbağça”nın rəqibi olub.

Bu mövsüm Avropa Konfrans Liqasında iştirak edən Türkiyenin digər klubu “Adana Dəmirspor” püşkatma nəticəsində Rumıniyanın “Kluj” komandası ilə qarşılaşıb.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 25-27-də, cavab görüşləri isə avqustun 1-3-də keçiriləcək.

"Adana Dəmirspor" ilk matçını səfərdə, "Beşiktaş" və "Fənərbaxça" isə meydanda oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə