“Fənərbaxça”dan 8 milyonluq transfer

“Fənərbaxça”dan 8 milyonluq transfer

“Udineze”nin futbolçusu Rodriqo Bekaonun “Fənərbaxça”ya keçidi rəsmiləşib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Fənərbaxça” İtaliya klubuna 8 milyon 312 min 500 avro ödəyəcək.

Qeyd edək ki, R. Bekao 2019-cu ildən “Udineze”də oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə