Turnirin heyətində Arda Gülər ​​yer alıb

Turnirin heyətində Arda Gülər ​​yer alıb

La Liqa komandalarından "Real Madrid"in ABŞ-da qatılacağı hazırlıq turnirinin heyətində türkiyəli futbolçu Arda Gülər ​​də yer alıb.

SİA-nın əldə etdiyi məlumata görə, mövsümöncəsi hazırlıq turnirində iştirak edəcək "Real Madrid"in heyətini italiyalı məşqçi Karlo Ançelotti müəyyən edib.

Qeyd edək ki, "Real Madrid" "2023 Futbol Çempionatı Turniri" tədbiri çərçivəsində "Milan", "Mançester Yunayted", "Barselona" və "Yuventus"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə