Feliks “Barselona” arzusuna çatır?

Feliks “Barselona” arzusuna çatır?

“Barselona” “Atletiko” Madridin hücumçusu Joao Feliksin transferini tamamlaya biləcək.

Çərşənbə günü “matraslar”ın (“Atletiko” nəzərdə tutulur-A.B.) portuqaliyalını “Barselona”ya icarəyə verməyə hazır olduqları məlum olub. Jurnalist Manu Saynzın sözlərinə görə, Kataloniya klubu maliyyə çətinliklərinə baxmayaraq, tezliklə bahalı hücumçu ilə müqavilə bağlaya biləcək.

SİA-nın əldə etdiyi məlumata görə, “Barselona” artıq bununla bağlı lazımi təsdiqi alıb.

Şayiələrə görə, Joao Feliksin icarəsi futbolçunun məvacibi də nəzərə alınmaqla "Barselona"ya 25 milyon avroya başa gələ bilər. 23 yaşlı futbolçunun "Atletiko" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir və Transfermarkt onun transfer qiymətini 50 milyon avro olaraq qiymətləndirir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə