"Mançester Siti" Riyad Mahrez üçün 30 milyonluq razılığa gəlib

"Mançester Siti" Riyad Mahrez üçün 30 milyonluq razılığa gəlib

"Mançester Siti" Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası ilə Əlcəzair millisinin oyunçusu Riyad Mahrez üçün 30 milyon funt-sterlinq müqabilində razılığa gəlib. SİA BBC Sport-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya "Siti"nin Yaponiya və Cənubi Koreyaya mövsümöncəsi səfərinə getməmək icazəsi verilib. “Siti” 2018-ci ildə Mahrez üçün 60 milyon funt sterlinq ödəyib və o, mavilərin üç-qat qazandığı mövsümdə 47 oyundan 15 qol vurub.

Bununla belə, o, həm İngiltərə Kuboku, həm də Çempionlar Liqası finallarında istifadə olunmamış əvəzedici oyunçu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə