"Bugünkü əzmimizlə Polşa üzərində də qələbə qazanacağıq" - Tahir Gözəl
"Bugünə qədər Polşa ilə üç dəfə oynamışıq. Hər üç oyunda da qalib gəlmişik. Artıq Avropada zəif klub deyə bir şey yoxdur. Bugünkü gündə mindən çox klub mübarizə aparır. Bizim də rəqibimiz güclüdür. Polşa mətbuatı da qeyd edir ki, "Qarabağ kabusu" qayıdır. Polşa güclü bir komandadır. Amma biz də bugün göstərdiyimiz əzmlə yenidən qələbə qazanacağımızı düşünürük". SİA xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib.
Transfer məsələsinə gəldikdə Gözəl bildirib ki, transfer çox ağır bir prosesdir: "Bugünkü gündə əgər bizim klubumuzdan itkilər olsa, əlbəttə ki, onların yerinə başqa futbolçuları nəzərdən keçirəcəyik. Lakin düşünürəm ki, bugünkü komanda ilə biz mükəmməlik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB